Prezident və xanımı yeni Sazişin imzalanması mərasimində - Foto + Yenilənib

14 Sentyabr 2017 10:44 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva mərasimdə iştirak edirlər.

Dövlət başçısı mərasimdə nitq söyləyib.

***

Sonra Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak Prezident Rəcəb Tayyib Ərdoğanın təbrik məktubunu oxuyub.

Böyük Britaniyanın Baş naziri xanım Tereza Meyin təbrik məktubunu isə Birləşmiş Krallığın dövlət naziri Alan Dunkan oxuyub.

Gürcüstanın energetika naziri Elia Eloşvili Baş nazir Giorgi Kvirikaşvilinin təbrik məktubunu oxuyub.