Əhmədinejat qaydaları pozacağını istisna etmir

19 Fevral 2013 12:23 (UTC+04:00)


İran dövlət başçısı Mahmud Əhmədinejat öz "adamı" Esfəndiyar Rahim Maşei seçkilərə buraxılmasa, prezident seçkilərini qanunsuz elan edəcəyi ilə bağlı xəbərdarlıq edib. ANS PRESS-in məlumatına görə, bunu The Times Mahmud Əhmədinejadın ötən həftəsonu öz rəsmi internet səhifəsində yaydığı məktuba əsasən yazıb.

"Seçki proseduru dəyişdirilməsə, namizədlərsə əsassız olaraq kənarlaşdırılsalar, bu seçkiləri qanunsuz hesab edəcəyəm, onun nəticələrini isə ləvğ edəcəyəm", - deyə İran prezidentinin məktubunda deyilir.

İranda prezident seçkiləri 2013-cü ilin iyun ayında keçiriləcək. Namizədlər İran İnqilabı Keşikçilər Şurasının (Konsitutsiyanın Keşikçilər Şurası kimi də tanınır) razılığını əldə etməlidirlər. Orqan 12 üzvdən ibarətdir: İran ali dini liderinin ruhanilər şurasından 6 nəfər, parlamentin təyin etdiyi 6 hüquqşünas.

Prezidentliyə namizədlərin siyahısı may ayında açıqlanacaq. İran KİV hazırda Əhmədinejad ilə Xamenei arasında olan ixtilafı nəzərə alaraq, Şuranın Maşeinin seçkilərə buraxılmamasını istisna etmir.

Esfəndiyar Rahim Maşeini hazırda İran prezident administrasiyasının rəhbəridir.