1 uşaq atası arvadını boğaraq öldürdü

14 Sentyabr 2017 11:19 (UTC+04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Bayan kəndində 1984-cü il təvəllüdlü Həsənov Ramil Rafiq oğlu qısqanclıq zəminində həyat yoldaşı, 1990-cı il təvəllüdlü Əzizova Könül Hafiz qızını boğaraq öldürüb.

Ailənin bir övladı var.

Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir.

AzNews.az