“Əri onu toy gecəsi öldürdü”- Daşkəsəndəki qətlin təfərrüatı

14 Sentyabr 2017 12:05 (UTC+04:00)

Rayonun Bayan kəndindən AzNews.az-a verilən məlumata görə, Ramil Həsənov həyat yoldaşını yaxın qohumunun toy gecəsi qətlə yetirib.

“Onlar evlənəndən sonra Bakıda yaşayırlar. Neçə vaxt idi Könül kənddə idi. Könülün əmisi oğlunun toyu idi. Toydan bir gün əvvəl də Ramil kəndə gəlib. Toy başa çatandan sonra bunlar öz evlərinə gedib. Deyilənə görə, toydan sonra gecə aralarında mübahisə olub və Ramil Könülü öldürüb. Ondan sonra da gedib polisə təslim olub. Deyib ki, arvadımı öldürmüşəm”.

Kənd sakinləri deyir ki, Ramil Həsənovun səhhətində heç bir problem olmayıb: “Sağlam adamdır. Bir oğlan övladı da var.”.

Daşkəsəndə qətl hadisəsi baş verib.

Rayonun Bayan kəndində 1984-cü il təvəllüdlü Həsənov Ramil Rafiq oğlu qısqanclıq zəminində həyat yoldaşı, 1990-cı il təvəllüdlü Əzizova Könül Hafiz qızını boğaraq öldürüb.

Bahar RÜSTƏMLİ

AzNews.az