Məmurlar bahalı avtomobillərini satışa çıxarır - EKSKLÜZIV

19 Fevral 2013 12:50 (UTC+04:00)


Əməkdaşımızın paytaxtın bir neçə avtosalonunda apardığı müşahidələr zamanı ortaya ilginc mənzərə çıxıb. Belə ki, araşdırmalarımız zamanı bəlli olub ki, avtosalonlarda bahalı maşınların kəskin ucuzlaşması müşahidə olunur. Bundan da maraqlısı isə ucuzlaşmanın gerçək səbəbidir.

Bununla bağlı AzNews.az xəbər portalını məlumatlandıran və adının açıqlanmasını istəməyən avtosalon sahibinin sözlərinə görə, prezidentin məmurları hədəfə alan məlum çıxışından sonra onlara və digər avtomobil satışı ilə məşğul olan salonlara çoxlu sayda maşın gətirilib. Onların kütləvi şəkildə dəyər-dəyməzinə salonlara satıldığını bildirən mənbəmiz bu səbəbdən də ucuzlaşmanın baş verdiyini söylədi:

"Hazırda dəyəri 300 min manat olan avtomobilləri biz alıcılara çox ucuz qiymətə təklif edirik ki, bunun da səbəbi əlimizdə kifayət qədər ucuz qiymətə alınmış bahalı maşınların olması ilə bağlıdır".

Orxan
AzNews.az