Azərbaycanlı milyarderin şaxtasında uçqun olub, 100-dən çox insan yerin altında qalıb

14 Sentyabr 2017 20:12 (UTC+04:00)

AzNews.az RiaNovosti-yə istinadən xəbər verir ki, hadisə Rusiyada, Komi Respublikasında olub.

Hadisə zamanı şaxtada 109 nəfər olub. Onlardan biri uçqun altında qalaraq, həlak olub. Əraziyə aidiyyati qurumlar cəlb edilib. Dağıntılar altında qalan şaxtaçıların axtarışları davam edir.

Artıq 6 nəfər yerin altından çıxarılıb.