İsmayıllıda meşə yanğınının qarşısı alınıb

14 Sentyabr 2017 23:03 (UTC+04:00)

AzNews.az FHN-nə istinadən xəbər verir ki, İsmayıllı rayonunun Tircan kəndi yaxınlığında 1 ha sahədə quru ot, kol-kos və qurumuş ağac qalıqları yanıb. Yanğının meşə ərazisinə keçməsinin qarşısı alınıb. Yanğın saat 19:35-də söndürülüb.