AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, terror aktı nəticəsində 29 nəfər yaralanıb.
***
London metrosunda partlayış zamanı yaralananların sayı açıqlanıb.
AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, terror hadisəsi zamanı 20 nəfər yaralanıb.

***
13:52
London metrosunda partlayışın terror aktı olduğu açıqlanıb.
Böyük Britaniya polisi London metrosundakı hadisəni rəsmi olaraq terror hücumu kimi qəbul edib.
AzNews.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə yerinə terrorla mübarizə polisləri gəlib. Ərazidə mobil qərargah yaradılıb. Öz növbəsində, Böyük Britaniya baş nazirinin ofisinin rəsmi nümayəndəsi deyib ki, Tereza Mey insidentlə bağlı müntəzəm qaydada yenilənmiş məlumatlar alır.
Partlayışdan sonra yüzdən çox sərnişin "Parsons Green" stansiyasının çıxışına doğru qaçıb və nəticədə izdiham yaranıb, bir neçə nəfər xəsarət alıb.
12:04
AzNews.az Reuters-ə istinadən xəbər verir ki, hadisə Parsons Green stansiyasında baş verib. Partlayış nəticəsində xeyli sərnişin yanıq xəsarəti alıb. Hadisə barədə hələlik ətraflı məlumat verilmir.

