Müdafiə Nazirliyinin saytı “Google” xəbər servisinə qoşulub

15 Sentyabr 2017 19:04 (UTC+04:00)

AzNews.az Nazirliyin Mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün “Google”nin xəbər servisində ilk dəfə olaraq birinci mənbə – yəni Müdafiə Nazirliyinin saytı göstərilməklə və keçid verilməklə xəbər yer aıb. “Google” Müdafiə Nazirliyinin saytının ingilis dili bölümündəki xəbəri servis edib.

Qeyd edək ki, hazırda Azərbaycanın dövlət qurumlarından bir neçəsinin rəsmi saytı “Google”nin xəbər servisinə bağlıdır. Müdafiə Nazirliyinin rəsmi internet saytı 2012-ci ildən fəaliyyət göstərir.