Magistraturada yeni ixtisas yaradılacaq

16 Sentyabr 2017 09:00 (UTC+04:00)

AzNews.az “APA”ya istinadən xəbər verir ki, bu, Azərbaycan prezidenti İlham Əliyevin sentyabrın 16-da imzaladığı sərəncamla təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nda əksini tapıb.

Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinə 2017-2018-ci illərdə ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) təsnifatına yeni ixtisaslaşma kimi “Gənclərlə iş” ixtisasının əlavə edilməsinə dair təkliflərin hazırlanması tapşırılıb.

AzNews.az