Bakıda qadını avtomobil vurdu

16 Sentyabr 2017 09:14 (UTC+04:00)

AzNews.az “Report”a istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib.

Yolu keçmək istəyən 1976-cı il təvəllüdlü Sadıqova Lamiyə İdeal qızını minik avtomobili vurub. Nəticədə qadın ağır xəsarət alıb. O, hadisəni törədən sürücü tərəfindən xəstəxanaya yerləşdirilib.

Həkimlər L.Sadıqovanın vəziyyətini orta-ağır kimi qiymətləndirir.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

AzNews.az