Bu barədə AzNews.az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib. Onun sözlərinə görə, İlkin adlı bu uşaq sığınacağa sentyabrın 15-də axşam saatlarında hüquq mühafizə orqanları tərəfindən gətirilib:
“Polislər onu “20 Yanvar” metrostansiyasında tapıb. Uşaq deyir ki, onu atası evdən qovub. Uşağın boğazında bir neçə xəsarət izi var, uşağı möhkəm boğublar. Uşaq fiziki qusurludur, əqli cəhətdən problemləri var. Biz onunla maraqlananda ortaya başqa faktlar çıxdı. İlkini doğma atası qoyub gedib. Onu bu hala salan isə atalığı olub”.
Kəmalə Ağazadə qeyd edib ki, İlkini tanıyanlar onun dəfələrlə evdən qaçdığını bildirib: “Bu onu sübüt edir ki, uşağa qarşı evdə atalığı tərəfindən şiddət var”.
Bahar RÜSTƏMLİ
AzNews.az