Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Şimalı Koreyanın balistik raket sınaqlarına görə qəbul etdiyi yeni sanksiyalara Şimali Koreya lideri Kim Çen Indan reaksiya gəlib. AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, təhdid hədəfi olan ABŞ və Yaponiyanın tələbi ilə qəbul edilmiş sanksiyalara əhəmiyyət verməyən Şimali Koreya lideri “Biz yenə davam edəcəyik “ mesajını verib. O, sanksiyalara ramən nüvə proqramını tamamlayacaqlarını bildirib.
Qeyd edək ki, Şimalı Koreya lideri BMT Təhlükəsizlik Şurasının ölkəsinə qarşı qəbul etdiyi yeni sanksiyalara etiraz olaraq Yaponiyanı batıracağını, ABŞ-ı isə külə çevirəcəyi ilə təhdid etmiş və yeni bir balistik raket sınağı həyata keçirmişdi.