AFFA cəza verdi

19 Fevral 2013 13:46 (UTC+04:00)


Yığıncaqda Topaz Premyer Liqasının XX turunun oyunlarından ikisi ilə bağlı qərar çıxarılıb. Qurum 3 klubu 1000 manat cərimə edib. "Qarabağ" klubunun azarkeşləri pirotexniki vasitələrdən istifadə etdiklərinə görə, "İnter" – "Qəbələ" matçında hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandıqlarına görə komandalar 1000 cərimə olunub.

"Xəzər Lənkəran" – "Turan" oyunun 78-ci dəqiqəsində "Xəzər Lənkəran" klubunun 19 №-li futbolçusu Fuad İsmayılzadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalandırılıb və 1000 manat cərimə olunub.

AzNews.az