Londondakı terrora görə 1 nəfər saxlanılıb

16 Sentyabr 2017 15:07 (UTC+04:00)

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, ingilis polisinin məsələ ilə bağlı açıqlamasına görə, bu səhər 18 yaşlı oğlan ölkənin cənub-şərqindəki Dover limanının ətrafında terrorla əlaqəli olduğuna görə saxlanılıb.

Doverdəki bir polis idarəsində saxlanılan şübhəlinin Londona gətirilməsi gözlənilir. Şübhəlinin həbsi hakimiyyət orqanları tərəfindən "mühüm" sayılır.

Polis təhlükəsizlik kameralarından və şahid ifadələrindən araşdırma apararaq vaxtla tənzimlənən bombanı qoyanın şəxsiyyətini təyin etməyə çalışır.