“Report”un Qərb bürosunun məlumatına görə, araşdırmalar nəticəsində məlum olub ki, intihara cəhd edən qadın rayonun SU-15 qəsəbəsi sakini, 37 yaşlı Yusibova Nəsibə Cavanşir qızıdır.
Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər.
N.Yusibovanın özünü körpüdən atmasının səbəbi hələlik məlum deyil.
***
15:43
Qazax rayonunda qadın özünü körpüdən atıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun "Dəmiryolu körpüsü" adlanan ərazisində baş verib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az