Rusiyada təlim təyyarəsi qəzaya uğrayıb

16 Sentyabr 2017 16:59 (UTC+04:00)

AzNews.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, təyyarə yaxınlıqdakı binalardan uzaqlaşdırılıb və təhlükəsiz bir şəkildə aparılıb. Hər iki pilot qəzadan dərhal sonra təhlükəsizlik qrupları ilə əlaqə saxlaya bilib və onların heç bir həyati təhlükəsi qalmayıb. Axtarış-qurtarma qrupu pilotları evakuasiya etmək üçün qəza sahəsinə göndərilib.