Velosiped oğurlamaq istədi - Polisdən qaçanda maşın vurdu + Foto

16 Sentyabr 2017 17:20 (UTC+04:00)

"Report" xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib.

Belə ki, rayonun Atatürk prospektində Veteranlar parkı adlanan ərazidə hələlik ad-soyadı məlum olmayan 19 yaşlı oğlan velosiped oğramağa cəhd göstərib. Bu zaman nəzarətçi hadisədən xəbər tutub və gənc oğlanın cəhdinin qarşısını alıb.

O, gənci polisə təhvil vermək üçün Daxili İşlər Nazirliyinin "102" zəng mərkəzinə zəng vurub. Əraziyə Nərimanov Rayon Polis İdarəsinin Çevik Polis Alayanın əməkdaşları gəlib. Bu zaman oğruluğa cəhd edən şəxs polisdən qaçmağa çalışıb.

Gənc qəfil parkın digər hissəsinə keçərkən onu taksi fəaliyyəti ilə məşğul olan "Mercedes" markalı avtomobil vurub. Yaralı təcili yardım vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir.

Sürücü isə hadisədə günahının olmadığını deyib. Buna baxmayaraq o, Nərimanov Rayon Polis İdarəısinin əməkdaşları tərəfindən saxlanılıb.

AzNews.az