1 uşaq anası ərinin maşını ilə qəzaya uğradı - Qorxusundan intihar etdi + Fotolar

16 Sentyabr 2017 18:19 (UTC+04:00)

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, Novoçerkassk şəhərinin ərazisində faciəvi hadisə yaşanıb. Belə ki, 1 uşaq anası olan Anastasiya Lysukho ərinin iş səfərində olduğundan istifadə edərək VAZ-2106 markalı avtomobilin sükanı arxasına keçib. Həyat yoldaşı ona avtomobili yaşı sürə bilmədiyi üçün maşın sürməyə icazə verməyib.İcazəsiz ərinin avtomobilini idarə edən qadın bir neçə dəqiqə sonra qəzaya uğrayıb. İdarəetməni itirən qadının avtomobili 3 maşına çırpılıb. Qəza nəticəsində qadına 14835 manat ziyan dəyib. "Sığortam yoxdur, ərim məni öldürəcək", deyə polisə səslənən qadın maşını hadisə yerində buraxaraq təlaşla evə gedib.

Daha sonra iş səfərindən qayıdan gənc qadının həyat yoldaşı evdə onun cansız bədənini görüb. Anastasiya məktub yazaraq ərindən qorxduğu üçün intihar etdiyini bildirib.

Rusiya polisi açıqlamasında “Bu hadisənin yaşanmasına səbəb avtomobilin sığortasının olmaması və qadının qəzanı ərinə etiraf etməkdən qorxması olub. Eyni zamanda qadın qəzadan sonra əsəb gərginliyi keçirib və nə etdiyinin fərqində olmayıb”-deyə bildirib.