“Qarabağ” - “Roma” oyununa 40 min bilet satılıb

16 Sentyabr 2017 20:31 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu günə olan məlumata görə, artıq bu qarşılaşmaya satılan biletlərin sayı 40 000-ə çatıb. Azarkeşlərimiz satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə bilərlər. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.

Qeyd edək ki, “Qarabağ” - “Roma” matçı sentyabrın 27-si saat 20:00-da start götürəcək.