Aeroport yolunda ağır qəza - 2 nəfər öldü

17 Sentyabr 2017 16:16 (UTC+04:00)

AzNews.az Ölkə.az-a istinadən xəbər verir ki, aeroport yolunda ağır yol qəzası baş verib.

İki “Mercedes” markalı avtomobilin toqquşması nəticəsində 2 nəfərin öldüyü, 2 nəfərin isə yaralandığı bildirilir.

Qəzaya səbəb kimi ötmə zamanı yüksək sürət həddinin olması və idarəetmənin itirilməsi göstərilir.

Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb edilib.