AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, liderlər Şimali Koreya lideri Kim Çen In barəsində danışıblar:
"Ötən gün Cənubi Koreya prezidenti ilə danışmışam. Ondan "raket adam"ın (Kim Çen In ) hal-əhvalını soruşmuşam. Şimali Koreyada benzinə görə uzun növbələr başlayıb. Bu isə çox pis haldı!" - Tramp Tvitter hesabında belə yazıb.
Ağ evin yaydığı məlumata görə, telefon danışığı zamanı Şimali Koreyanın buraxdığı, Yaponiyanın ərazisinin üstündə uçan raket məsələsi müzakirə olunub.