5-ci mərtəbədən yıxılan körpə sağ qaldı

18 Sentyabr 2017 09:16 (UTC+04:00)

"Report"un xəbərinə görə, hadisə Xırdalan şəhərində baş verib.

Belə ki, 27-ci məhəllə ev 53 ünvanında yerləşən binanın beşinci mərtəbəsində yaşayan 2015-ci il təvəllüdlü Məmmədov Murad Fərahim oğlu ehtiyatsızlıqdan eyvanın pəncərəsindən yerə yıxılıb.

Körpə orta ağır xəsarət alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Həkimlər onun vəziyyətinin qənaətbəxş olduğunu bildirib.

AzNews.az