Milli Kitab Müsabiqəsinə təzyiq var?

19 Fevral 2013 14:51 (UTC+04:00)
Milli Kitab Müsabiqəsi yaxınlaşdıqca onun ətrafında cərəyan edən qalmaqal böyüyür. Bu dəfə isə gündəmə müsabiqə ekspertlərinə edilən təzyiqlər gündəmə gəldi. Bəs, obyektivlik prinsipinə söykənən MKM-ın təsisçisi Nigar Köçərli müsabiqəyə təzyiq edənlərin adlarını niyə açıqlamır?

N.Köçərli AzNews.az-a açıqlamasında bildirdi ki, müsabiqə olan yerdə təzyiqlər də olacaq: "Bu hal xoş deyil. Təzyiqlər olur və olacaq da. Təbii ki, müsabiqə boyu bu davam edəcək. Sadəcə, sevinirəm ki, bu cür halların sayı azalır. Müsabiqənin ilk təqdimatında böyük təzyiqlər vardı. İştirakçılardan birini tapşırmaq istəyirdilər. Münsiflərə xahişlər də edirdilər. Hələ münsiflərdən birini qapıda saxlayıb kimisə tapşırdılar. İkinci ili isə millət vəkilləri, Nazirlər Kabineti səviyyəsində zənglər olub. Amma bu il sakit keçir. Bu gün mən social səhifəmdə bir status yazdım. Zarafatyana yumor idi. Görünür, müsabiqə iştirakçıları bundan xoflanıblar. Hesab etmirəm ki, ciddi təzyiq var, mən buna yumor kimi baxıram."

Bahar Rüstəmli
AzNews.az