Xamenei Amerikaya xəbərdarlıq etdi - Video

18 Sentyabr 2017 10:13 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Xamenei bildirib ki, rəsmi Vaşinqton 2015-ci ildə əldə olunan nüvə sazişini pozarsa, İran buna müvafiq tədbirlər görəcək.

“Nüvə razılaşmasına gəlincə, İran zülmkar rejiminin istənilən səhv addımına qarşı lazımi qarşılıq verəcək” – deyə Xamenei qeyd edib.

ABŞ prezidenti Donald Tramp bir müddət əvvəl Tehranla əldə olunan sazişin pis razılaşma olduğunu bildirib və danışıqların yenidən keçirilməsini istəyib.

İran prezidenti Həsən Ruhani BMT Baş Assambleyasının 72-ci iclası ilə əlaqədar Nyu Yorka səfər edib.

Bəxtiyar Abbasov

AzNews.az