Türkiyədəki məşhur tədbiri Ziya Məmmədovun gəlini təşkil edib - Fotolar

18 Sentyabr 2017 13:17 (UTC+04:00)

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, “Naz” moda evinin sahibi Keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun xanımı, Kənd təsərrüfatı naziri Heydər Əsədovun qızı Fəridə Məmmədovadır.

Fəridə Məmmədovaya məxsus moda evinin kolleksiyasında Türkiyənin populyar modelləri – Çağla Şikel, Özge Ulusoy, Şebnem Şefferlə yanaşı, azərbaycanlı model Günay Musayeva da iştirak edib.

Qeyd edək ki, ötən il Bakıda “NAZ Couture” moda evinin təntənəli açılış mərasimi keçirilmişdi.

AzNews.az