5-ci mərtəbədən yıxılaraq yaralanan körpə öldü

18 Sentyabr 2017 16:19 (UTC+04:00)

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə sentyabrın 17-də şəhərin məcburi köçkün şəhərciyində baş verib.

Belə ki, ailəsi ilə birlikdə Bakıdan Mingəçevirə qonaq gəlmiş 2015-ci il təvəllüdlü Bakı sakini Balayev Kənan Emin oğlu beşinci mərtəbədən yıxılaraq xəsarət alıb. Xəstəxanaya yerləşdirilən körpə bu gün orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az