“Emmy” mükafatçıları məlum oldu – Fotolar

18 Sentyabr 2017 17:25 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, rejissor Brus Millerin “Xidmətçinin Hekayəsi” silsilə filmi ən çox nominasiya üzrə mükafat əldə edib.

Film dram janrında ən yaxşı ekran işi seçilib. Filmdə rol ifa edən Elizabet Moss ən yaxşı aktrisa adına layiq görülüb.

Bundan başqa, məhdud seriyalı film kateqoriyasında “Böyük kiçik yalanlar” filmi ən çox mükafata layiq görülüb. Bu filmdə Nikol Kidman ən yaxşı aktrisa seçilib.

Bəxtiyar Abbasov

AzNews.az