Bunu "Report"a Azərbaycan Mərkəzi Bankı sədrinin birinci müavini Alim Quliyev deyib.
A.Quliyevin sözlərinə görə, 500 manatlıq əsginasın buraxılması ilə bağlı yayılan məlumatlar yanlışdır: "Bu, 200 manatlıq əsginas ola bilər. Amma bu barədə danışıqlar getmir".
AMB rəsmisi Azərbaycanda manat qıtlığının olması ilə bağlı məlumatlara da aydınlıq gətirib: "Tədavüldə olan pul kütləsinin 50%-i qədər həmişə Mərkəzi Bankın strateji ehtiyatı var. Tədavüldəki nağd vəsait nə qədər qurtarsa da, ehtiyatlar növbəti sifarişə qədər kifayət edir".
AzNews.az