“Biz Rüstəm müəllimin həbsini gözləmirik”

19 Fevral 2013 16:24 (UTC+04:00)


"Ziyalılar Forumunda heç bir fikir ayrılığı yoxdur. Bizim təmsil olunduğumuz qurumun tezliklə dağılacağı barədə səsləndirilən fikirlər də əsassızdır".
Bunu Ziyalılar Forumunun üzvü Cəmil Həsənli təmsil etdiyi qurumun tezliklə dağılacağı barədə hakim partiya funksionerlərinin iddialarını AzNews.az-a şərh edərkən deyib. O qeyd edib ki, YAP üzvləri, hakimiyyət təmsilçiləri çox şey danışa bilərlər: "Hakimiyyətdəkilər hər şeyi düz desəydilər, ölkədə vəziyyət belə olmazdı".

Ziyalılar Forumunun sədri Rüstəm İbrahimbəyovun həbsinə və qabaqlayıcı tədbirlər planlarına gəlincə, C.Həsənli bildirib ki, onlar sədrlərinin həbs olunacağını gözləmirlər:

"Biz Rüstəm müəllimin həbsini gözləmirik. Ona görə də heç bir tədbir nəzərdə tutulmur. Əvvəla Rüstəm müəllim həbs olunacaq hansısa hərəkətin sahibi deyil. İkinci bir tərəfdən də Rüstəm müəllim təsadüfi adam da deyil ki, cibinə nəsə atmaqla həbs etmək mümkün olsun".

Gültəkin
AzNews.az