Naxçıvan əhalisinin sayı açıqlanıb

19 Sentyabr 2017 23:32 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi 1 avqust 2017-ci il tarixə muxtar respublikada əhalinin sayının bir il öncəyə nisbətdə 4 min 28 nəfər və ya 0,9 faiz artdığını açıqlayıb.

Beləliklə, Naxçıvan əhalisinin sayı 451 min 132 nəfər olub.