Meksikada ölənlərin sayı 240-a çatdı - Yenilənib (Fotolar)

20 Sentyabr 2017 15:27 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, indiyə qədər dağıntılar altından 240 nəfərin meyiti çıxarılıb. Təbii fəlakət nəticəsində paytaxt Mexikoda onlarla bina, o cümlədən, məktəb dağılıb. Hazırda dağıntılar altında çoxlu sayda insanların qaldığı bildirilir. Vəziyyətlə əlaqədar ölü sayının artacağı da istisna deyil. Fəlakət bölgəsinə xilasetmə komandaları cəlb olunub. Bundan başqa, bir sıra xarici ölkələr də kömək üçün təkliflərini irəli sürüblər.

Bəxtiyar Abbasov

AzNews.az

***

09:43

Meksikanın mərkəz hissəsində rixter cədvəli ilə 7.1 bal gücündə zəlzələ baş verib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində azı 140 nəfər ölüb, onlarla insan dağıntılar altında qalıb.

Paytaxt Mexikoda məktəbin dağılması nəticəsində 20-dən çox uşaq ölüb, 30 nəfər itkindir.

Sentyabr ayının əvvəlində qeydə alınan 8.1 bal gücündə zəlzələ nəticəsində 90 nəfər ölüb.

Sonuncu zəlzələnin episentri Atensinqo şəhəri yaxınlığında 51 kilometr dərinlikdə qeydə alınıb.

Bəxtiyar Abbasov

AzNews.az