Məhərrəm ayı ilə bağlı tədbirlər mövcud qanunvericiliyə uyğun keçirilməlidir - DQİDK

20 Sentyabr 2017 20:05 (UTC+04:00)
Tədbirdə Göyçay RİH başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zivər Zeynalova, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev və şöbənin əməkdaşı Rauf Nəsirov, Göyçay RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Vüsal Zöhrabov, QMİ-nin Göyçay-Ucar rayonları üzrə səlahiyyətli nümayəndələri Rəsul Kazımov və Cavid Səfərov, dini icma sədrləri və din xadimləri iştirak ediblər.

Əvvəl Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvası oxunub.

Daha sonra Göyçay RİH başçının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zivər Zeynalovanın, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyevin və QMİ-nin Göyçay-Ucar rayonları üzrə səlahiyyətli nümayəndəsi Rəsul Kazımovun çıxışları dinlənilib.

Natiqlər qeyd ediblər ki, bu gün Azərbaycan müxtəlif millətlərin, dini konfessiyaların dinc yanaşı yaşadığı unikal nümunədir. Ölkəmizdə bütün dinlərin nümayəndələrinə öz etiqadlarını ifadə etmək, dini ayin və mərasimləri sərbəst yerinə yetirmək üçün şərait yaradılmışdır.

Tədbirdə eyni zamanda Məhərrəm ayı ilə bağlı tədbirlərin mövcud qanunvericiliyə uyğun şəkildə keçirilməsinin zəruriliyi diqqətə çatdırılıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

AzNews.az