Sarkisyana sabaha kimi vaxt verildi

19 Fevral 2013 21:15 (UTC+04:00)


Lent.az-ın "RİA-Novosti"-yə istinadən məlumatına görə, o, seçkinin nəticələrinə əsasən qalib elan edilmiş, hazırkı prezident Serj Sarqsyana fevralın 20-i saat 17.00 - dək vaxt verib. Bu müddətədək S.Sarqsyan öz məğlubiyyətini etiraf, "xalqın zəfərini" qəbul etməlidir.

"Mən vəzifə dalınca qaçımıram. Ancaq mən seçilmiş prezidentəm. Dünən erməni xalqı öz qələbəsini bayram edib. Onun artıq seçilmiş prezidenti var"- deyə, Raffi Ovannisyan bildirib.

Müxalifət lideri Sarqsyana hakimiyyətin təhvil verilməsi ilə bağlı görüşməyi də təklif edib.

Ovannisyanının sözlərinə görə, o, konstitutsion hüquqlarından istifadə edərək, öz qələbəsi uğrunda mübarizə aparacaq. O, gələcək planları barədə fevralın 20-də keçiriləcək mitinqdə məlumat verəcəyini söyləyib.

AzNews.az