İnsanları öldürüb zənginlik məhlulu hazırlayırlar – DƏHŞƏT

19 Fevral 2013 21:50 (UTC+04:00)



Ölkənin cənub-qərbindəki Milepa əyalətində 3 nəfər 7 yaşlı Megessa adlı uşağın əlini kəsib. Bu barədə məlumatı yerli icra orqanının nümayəndəsi Apolinary Macheta verib. Bundan bir neçə gün əvvəl isə 4 uşaq anası olan Maria Chambanenge öz evində hücuma məruz qalıb. Albino olduğu üçün qadının qolu kəsilib.
Yanvar ayında ayağı kəsilən bir uşaq dünyasını dəyişib. 2011-ci ildə albino millət vəkilinin seçildiyi Tanzaniyada indiyə qədər albino öldürən 9 nəfər edam edilib.
Albinolara qarşı hücumun məqsədi isə daha bir dəhşətə dayanır. Albinoların hər hansı bədən üzvü kəsilərək guya insana zənginlik bəxş edəcək məhlul hazırlanmasında istifadə olunur.

Elnarə
AzNews.az