"Təəssüf ki, Sarkisyan kimi cinayətkarlara BMT tribunasında söz verilir" - Deputat Bəxtiyar Əliyev

21 Sentyabr 2017 15:28 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.

B.Əliyev bildirib ki, ümumiyyətlə, Xocalı soyqırımını təşkil edən və həyata keçirənlərdən biri olan cinayətkar Serj Sarkisyanın BMT-nin tribunasından çıxış etməsinə şərait yaratmaq ikili standartın ən bariz nümunəsidir:

“Digər tərəfdən, Serj Sarkisyanın o tribunaya buraxılması müəyyən dairələrin Azərbaycana qarşı bu cinayətkarlardan bir vasitə kimi istifadə etməsinin təzahürüdür. Ona görə hesab edirəm ki, BMT-nin yenidən formalaşdırılması barədə səsləndirilən fikirlərin həyata keçirilməsi və Serj Sarkisyan kimi cinayətkarlara qarşı sanksiyaların tətbiq edilməsi vacibdir. Serj Sarkisyan Xocalı soyqırımını törətdiyinə görə, Azərbaycan ərazilərini işğal etdiyinə və 100 minlərlə insanı öz doğma yurdundan didərgin saldığına görə beynəlxalq hərbi tribunal qarşısında cavab verməlidir".