Aviazərbələrdən 19 nəfər öldü- Hələb

20 Fevral 2013 07:26 (UTC+04:00)



Suriyanın Hələb şəhərinə hökumət qüvvələrinin endirdiyi güclü aviazərbə nəticəsində 19 nəfər ölüb. APA-nın "Assoşieyted Press"ə istinadən verdiyi xəbərə, mənbənin təsdiq olunmamış məlumatına əsasən, üsyançıların nəzarətində olan Cabal Badro şəhərinin rayonu raketlərdən atəşə tutulub. Güclü zərbələr nəticəsində bir neçə yaşayış evi dağıdılıb. "İnsan hüquqlarının monitorinqi üzrə Suriya mərkəzinin" xəbərinə görə, 6 qadın və 6 uşaq olmaqla 19 nəfər həlak olub. Daha 15 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, bir neçə nəfər hələ də dağıntılar altında qalıb.

Müstəqil mənbələrdən bu xəbərin təsdiqini almaq mümkün olmayıb. Xarici jurnalistlərin ölkəyə girişinə məhdudiyyətlər var.