Rüşvət üstündə tutulan bələdiyyə sədri öldü

22 Sentyabr 2017 17:15 (UTC+04:00)

APA-nın məlumatına görə, hadisə bir neçə gün əvvəl Penitensiar Xidmətin müalicə müəssisəsində qeydə alınıb. Orada müalicə alan məhbus, 1949-cu il təvəllüdlü Cavanşir Aslan oğlu Məmmədov xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, C. Məmmədov Balaxanı qəsəbə bələdiyyəsinin sədri olub. O, 2010-cu ildə rüşvət almaqda ittiham olunaraq həbs edilib.

AzNews.az