“Ezamiyyə xərclərinə əlavələrin tətbiq olunduğu rəhbər işçilərin siyahısı”nda dəyişikliklər edilib

22 Sentyabr 2017 19:00 (UTC+04:00)

AzNews.az “Trend”ə istinadən xəbrə verir ki, sərəncama əsasən, “Ezamiyyə xərclərinin 1 günlük normalarına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin siyahısı”nda aşağıdakı dəyişikliklər edilir:

- 2-ci hissədə “Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini,” sözləri “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin rəisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyi rəisinin müavini,” sözləri ilə əvəz edilsin, “Azərbaycan Respublikası Prezidentinin köməkçisi,” sözlərindən sonra “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi,” sözləri əlavə edilsin.

AzNews.az