AzNews.az xəbər verir ki, səhnəyə nağara, zurna, balabanın sədaları altında milli ritmlərlə çıxan Aygün Kazımovanı ifası boyu xaricdən dəvət olunan rəqqaslar müşayət etdi.
Səhnəmizin ulduzu 2 saat boyunca fasiləsiz davam edən konsertdə 30 illik yaradıcılığı boyu ifa etdiyi ən uğurlu mahnılarını yeni aranjemanda, maraqlı rəqslərlə təqdim etdi.
Kazımova konsertin tamaşaçıların yaddaşından uzun müddət silinməməsi üçün əlindən gələni etdi. Gah səhnədə siqaret çəkdi, gah rəqqasların çiynindən düşmədi, gah da havaya qalxdı.
Diva bir geyimlə də kifayətlənmədi. Azərbaycanlı dizayner Rüfət İsmayılın onun üçün hazırladığı səhnə geyimləri ilə göz oxşadı.




Fəridə Abullayeva
AzNews.az