Məmmədyarov fələstinli həmkarı ilə görüşüb

23 Sentyabr 2017 17:38 (UTC+04:00)

AzNews.az-ın XİN-in saytına istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycan və Fələstin arasında əlaqələrin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Azərbaycanın Fələstin məsələsinə ayırdığı diqqət və humanitar dəstəyi, Azərbaycanda Fələstin məsələsi üzrə keçirilən beynəlxalq tədbirlər yüksək qiymətləndirilib.

Nazirlər Yaxın Şərqdə mövcud vəziyyət, BMT Baş Assambleyasının 72-ci sessiyasının gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.