Tramp bu dəfə məşhur basketbolçuya qəzəbləndi

23 Sentyabr 2017 18:50 (UTC+04:00)

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, məşhur basketbolçunun açıqlamalarına qəzəblənən ABŞ prezidenti Donald Tramp onu Ağ Evdə qəbul etməyib.

ABŞ-ın Milli Baketbol Assosiasiyasının çempion oyunçuları adət olaraq hər il Ağ Evə gedərək prezidentlə görüşürlər. Mövsümün qalibi olan "Golden State Warriors"un qurucusu Stephen Kurri bu il Ağ Evə getməyəcəyini və Trampla görüşməyəcəyini bildirib. Bu açıqlamadan sonra Tramp "Ağ Evə gəlmək çempion üçün uğurdur" deyib. Stephen Kurrinin "tərəddüd etdiyini" bildirən ABŞ prezidenti "Elə isə dəvət geri çəkilib!", - deyə bildirib.