İlham Əliyev Sinqapurun yeni prezidentinə məktub göndərib

25 Sentyabr 2017 18:12 (UTC+04:00)

AzNews.az xəbər verir ki, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli xanım Prezident, Sinqapur Respublikasının Prezidenti kimi fəaliyyətə başlamağınız münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Sinqapur arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Sinqapur xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.