AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, özünü "kalkulyator insan" adlandıran Ruslan Səfərov ona verilən bütün sualların cavabını düzgün deyib.Sosial şəbəkələrdə də geniş müzakirə olunan bu proqramın qəhramanı xəzər xəbərə danışıb...Qusar sakini, Ruslan Səfərov hesablama qabiliyyətinə görə yaşıdlarından fərqlənir. O, 6 yaşı olmasına baxmayaraq kökaltı və faiz məsələlərini asanlıqla həll edir.
Yaxınlarının sözlərinə görə Ruslandakı bu qabiliyyəti hələ 1 yaşında olarkən aşkar ediblər.Atası uşağın çarpayısına hərfləri və rəqəmləri asaraq ona ilk dərsini keçib.
2 yaşında ikən yazıb-oxumağı bacaran Ruslan daha sonra daha çətin misalların həllinə başlayıb.
Hazırda Ruslan yuxarı siniflərə məxsus daha çətin riyazi misalların həllini öyrənir.