Tovuzda bədbəxt hadisə - usta "laqonda" ilə ayağını kəsdi

25 Sentyabr 2017 21:47 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki,hadisə rayonun Əlimərdanlı kəndində baş verib. Kənd sakini, 1972-ci il təvəllüdlü Bayramov Səlim İsmayıl oğlu həyətdə təmir işləri apararkən ehtiyatsızlıqdan "laqonda" ilə ayağını doğrayıb.

Yaralı dərhal Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.