Avtomobil kanala aşdı

26 Sentyabr 2017 09:16 (UTC+04:00)

Trend-in məlumatına görə, hadisə bu gün səhər saatlarında baş verib.

Rayon ərazisində hərəkətdə olan minik avtomobili idarəetməni itirərək yolun kənarındakı kanala aşıb. Hadisə nəticəsində avtomobildə olan iki nəfər ağır xəsarətlərlə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az