“Bizi ağır oyun gözləyir” - Qurban Qurbanov

26 Sentyabr 2017 17:37 (UTC+04:00)

AzNews.az Apasport.az-a istinadən xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdam klubu Çempionlar Liqasının qrup mərhələsində növbəti oyununu sabah “Roma”ya qarşı keçirəcək.

Matçdan öncə mətbuat konfransı keçirən Qurbanov bunları deyib: “Bizi ağır oyun gözləyir. Buna baxmayaraq, azarkeşlərimizi sevindirmək istəyirik. Çempionlar Liqası fərqli turnirdir. Amma bizim də avrokubok təcrübəmiz var”.