Şagirdlərə xoş xəbər

20 Fevral 2013 10:59 (UTC+04:00)



Belə ki, məktəblilərin yaz tətilinin müddəti martın 17-dən 24-nə qədər olsa da, şagirdlər bir daha artıq istirahət edəcəklər. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin beynəlxalq və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı bu barədə məlumat verib : "Martın 17-si bazar gününə düşdüyündən 5 günlük qrafiklə işləyən məktəblərin şagirdləri martın 15-dən, 6 günlük qrafiklə işləyən məktəblərin şagirdləri isə martın 16-dan yaz tətilinə çıxırlar. Novruz bayramı ilə bağlı Nazirlər Kabinetinin elan etdiyi qeyri-iş günləri ilə əlaqədar orta məktəblərdə dərslər martın 27-də başlayacaq".

AzNews.az