Şahzadəni baş nazirin fotoqrafı ilə səhv saldılar - Foto

27 Sentyabr 2017 00:00 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Torontoya səfərə gələn Harri oteldən fotoraf Adam Skottla birlikdə çıxıb. Yumor hissi ilə seçilən Harri paparazzilərə oyun oynayıb.

Harri otelin girişində onu əhatə edən fotoqraflara Adamı işarə edərək, onu şahzadə kimi qələmə verib. Adam da Harrinin zarafatını pozmayaraq, həmkarlarının əlini sıxmağa başlayıb.

Bu maraqlı hadisə sosial şəbəkə istifadəçilərinin böyük diqqətinə səbəb olub. Tvitter istifadəçilərinin tvitlərindən birinə Adam "Netflixdən dəvət gözləyirəm. Harri haqqında çəkilən bioqrafik filmdə baş rolu canlandıra bilərəm", - deyib.

Maraqlıdır ki, Harri ilə Adam hələ ötən il tanış olublar.

@JustinTrudeau you sneaky prankster. Would the real #princeharry please stand up? @AdamScotti had me fooled for a second there :P #Toronto pic.twitter.com/RQUvPwF7h1

— Lisa (@la03la) 24 сентября 2017 г.