Bakıda dairəvi yolda ağır qəza - ölən və yaralanan var

27 Sentyabr 2017 09:45 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə magistral yolun Yasamal rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

"VAZ-2107" markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan Pirəliyev İsa Səfər oğlunun idarə etdiyi "Oka" markalı avtomobilin arxa hisəsinə çırpılıb. Nəticədə "Oka"nın sürücüsü İ.Pirəliyev hadisə yerində ölüb. Avtomobildə olan 36 yaşlı sərnişin Dadaşov Faiq Süleyman oğlu isə ağır xəsarət alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər yaralının koma vəziyyətində olduğunu bildirirlər.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.